satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Qırğızıstanla əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin bariz təzahürüdür

Azərbaycan Prezidenti: Qırğızıstanla əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin bariz təzahürüdür

Azərbaycan-Qırğızıstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin və əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində əzmimizin bariz təzahürüdür.

 

NTV xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

 

Məktubunda Prezident Sadır Japarova və qırğız xalqına ən xoş arzularını çatdıran dövlətimizin başçısı İlham Əliyev qeyd edib: “Sizin rəhbərliyiniz altında qardaş Qırğızıstanda genişmiqyaslı quruculuq işləri və islahatlar həyata keçirilərək sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlar əldə olunmuşdur. Ortaq mənəvi dəyərlər və tarixi-mədəni köklər ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin hazırkı inkişaf dinamikası məmnunluq doğurur”.

 

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyini daha da genişləndirmək yolunda birgə səylər bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM