satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluq ifadə edib

Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluq ifadə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Cənubi Qafqazda sülh prosesini müzakirə edib.

NTV TRT Haber-ə istinadən xəbər verir ki, Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluğunu ifadə edib.

Prezident Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini, bu prosesə töhfə verməyə davam edəcəyini vurğulayıb.

Dövlət başçısı, həmçinin Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılmasına yönəlik addımların da dəyərləndirildiyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM