satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti Çində Rusiya lideri ilə görüşüb

Türkiyə Prezidenti Çində Rusiya lideri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin Tiencin şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

NTV  Anadolu agentliyinə istinadla xəbər verir ki, görüşdə iki ölkənin xarici işlər, maliyyə, energetika nazirləri, kəşfiyyat xidmətlərinin başçıları, digər rəsmi şəxslər iştirak ediblər.

Türkiyə Prezidenti bildirib ki, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan səmimi münasibətlər mövcuddur. O əlavə edib ki, Ankara Ukrayna münaqişəsini həll etmək üçün tərəflərə köməklik göstərməyə hazırdır. Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını Türkiyəyə səfərə dəvət edib.

V.Putin qeyd edib ki, Moskva ilə Ankara arasında enerji sahəsində strateji əməkdaşlıq davam edir, Rusiya Qara dəniz vasitəsilə Türkiyəyə kəsintisiz qaz tədarük edir. O, həmçinin Ukrayna böhranının həllində göstərdiyi səylərə görə türkiyəli həmkarına təşəkkür edib.

TASS agentliyi xəbər verir ki, Rusiya Prezidenti görüş zamanı deyib: “Bizim diqqətimiz, həmçinin Yaxın Şərq, Şimali Afrika və Trans-Qafqaz kimi ümumi maraq doğuran mövzulara yönəlib. Bütün bu sahələrdə Rusiya-Türkiyə əməkdaşlığı yaxşı qurulub, konkretdir, faydalıdır və deyərdim ki, etimadda əsaslanır”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM