satellite   Azerspace-1: 11135 H 30000

Kavelaşvili: Prezident Tramp Azərbaycan ilə Ermənistan arasında sülhün nizamlanmasında fəal iştirak edir

Kavelaşvili: Prezident Tramp Azərbaycan ilə Ermənistan arasında sülhün nizamlanmasında fəal iştirak edir

Gürcüstan Prezidenti Mixail Kavelaşvili ABŞ Prezidenti Donald Trampa açıq məktubla müraciət edib.

NTV-nin  məlumatına görə, M.Kavelaşvili məktubunda Gürcüstanla Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlığın bərpasının vacibliyini qeyd edib və bildirib ki, strateji tərəfdaşlığın bərpası hər iki tərəfin maraqlarına xidmət edir.

ABŞ-ın keçmiş Prezidenti Cozef Baydeni bir sıra suveren dövlətlərə qarşı ədalətsiz və təcavüzkar siyasət yürütməkdə ittiham edən M.Kavelaşvili bildirib ki, Bayden administrasiyası Gürcüstan ilə əməkdaşlığı dayandırmaqla ölkələr arasında münasibətlərə böyük zərbə vurub.

O qeyd edib ki, Gürcüstanla ABŞ-ın dəyərləri üst-üstə düşsə də, Vaşinqtondakı yeni administrasiya hələlik Tbilisiyə kifayət qədər diqqət göstərmir.

Kavelaşvili Prezident Donald Trampın dünyada sülhsevər siyasətinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Prezident Donald Tramp Azərbaycan ilə Ermənistan arasında sülhün nizamlanmasında fəal iştirak edir, Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir və hətta Rusiya Prezidenti Vladimir Putinlə dialoqu bərpa edib.

“Lakin, təəssüf ki, ABŞ Prezidenti Gürcüstanı bir dəfə də olsun xatırlamayıb”, - deyə M.Kavelaşvili vurğulayıb.

Gürcüstan lideri Vaşinqtonun Tbilisiyə münasibətinin dəyişəcəyinə ümid etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM