satellite   Azerspace-1: 11135 H 30000

Maqdalena Qrono: Yolların açılması və əməkdaşlığın qurulması Cənubi Qafqaz üçün əhəmiyyətlidir

Maqdalena Qrono: Yolların açılması və əməkdaşlığın qurulması Cənubi Qafqaz üçün əhəmiyyətlidir

Hazırda Azərbaycan və Ermənistan arasında tammiqyaslı normallaşma üçün yeni imkanların açıldığı çox vacib bir dövrdən keçilir. 

NTV verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfərinin məqsədini şərh edərkən deyib.

Onun sözlərinə görə, yolların açılması və əməkdaşlığın qurulması Cənubi Qafqaz regionunun rifahı üçün mühüm əhəmiyyət daşıyır:

"Mən Avropa İttifaqı adından regional əməkdaşlıq və normallaşma səylərinin bütün aspektlərini dəstəkləmək mandatına malikəm. Biz tərəfdaş kimi həm Azərbaycana, həm də Ermənistana regional əlaqələrin qurulması, nəqliyyat dəhlizləri və digər sahələrdə dəstək veririk və əməkdaşlığı davam etdirməyə hazırıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM