satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb - FOTOLAR

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb<font color=red> - FOTOLAR</font> Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb<font color=red> - FOTOLAR</font>

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb.

NTV  xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X”də bildirib.

Səfirin sözlərinə görə, humanitar yardım artıq təhvil verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama əsasən Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM