satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Vaşinqtonda əldə olunmuş razılaşmalar region üçün tarixi dönüş nöqtəsidir

Paşinyan: Vaşinqtonda əldə olunmuş razılaşmalar region üçün tarixi dönüş nöqtəsidir

Ermənistan və Azərbaycan arasında Vaşinqton razılaşmaları regiona daha geniş təsir göstərəcək tarixi dönüş nöqtəsidir.

NTV xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çinin Tiencin şəhərində "ŞƏT+" formatında keçirilən görüşdə bildirib.

"Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Azərbaycan Prezidenti ilə sülh bəyannaməsi qəbul etdik. Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh quruldu. Bu, regiona daha geniş təsir göstərəcək tarixi dönüş nöqtəsidir", - N.Paşinyan bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri əsasında nəqliyyat kommunikasiyalarının açılması məsələləri gündəlikdədir. Bu, nəqliyyat əlaqələri üçün həm beynəlxalq, həm də dövlətdaxili üstünlüklər qazandıracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM