Çin Sədri Si Cinpin bu gün İran Prezidenti Məsud Pezeşkianla görüşündə ölkəsinin fikir ayrılıqlarını həll etmək üçün güc tətbiqinə qarşı olduğunu bildirib.
NTV xəbər verir ki, bu barədə xarici KİV-lər Çinin "CCTV" dövlət telekanalına istinadən məlumat yayıb.
"Güc tətbiqi fikir ayrılıqlarını həll etməyin yanlış üsuludur. Ünsiyyət və dialoq davamlı sülhə nail olmağın düzgün yoludur", - S.Cinpin qeyd edib.
