satellite   Azerspace-1: 11135 H 30000

Tramp: Putin və Zelenski hələ danışıqlara hazır deyillər, lakin biz öz məqsədimizə çatacağıq

Tramp: Putin və Zelenski hələ danışıqlara hazır deyillər, lakin biz öz məqsədimizə çatacağıq

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında, prezidentlər Vladimir Putin və Volodimir Zelenskinin şəxsi danışıqların perspektivi ilə bağlı qeyri-müəyyənliyin artmasına baxmayaraq, sülh sazişinin bağlanması ideyasına sadiq qaldığını bildirib.

NTV xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində deyib.

D.Tramp öz mövqeyini realist-optimist kimi xarakterizə edib. O qeyd edib ki, hər iki liderin bu məsələni necə həll etməyə çalışdığını diqqətlə izləyir.

"Mən bunu müşahidə etdim və bu barədə (ikitərəfli danışıqlar zamanı - red.) Putin və Zelenski ilə danışdım. Nəsə baş verməlidir, amma onlar hələ hazır deyillər. Biz öz məqsədimizə çatacağıq", - ABŞ Prezidenti bildirib.

Bununla belə, Ağ Ev rəhbəri vurğulayıb ki, Rusiya və Ukrayna arasında sülhün əldə olunması əvvəllər düşündüyündən daha çətin olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM