satellite   Azerspace-1: 11135 H 30000

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə onlayn formatda görüşüb.

Nazirlikdən NTV-yə  bildirilib ki, görüşdə ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Qeyd olunub ki, bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” ticarətin asanlaşdırılmasında, iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq.

Tərəflər həyata keçirilən birgə layihələr, energetika üzrə tərəfdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM