satellite   Azerspace-1: 11135 H 30000

Britaniya müdafiə sənayesində kadr potensialını artırmaq üçün 182 milyon funt ayırır

Britaniya müdafiə sənayesində kadr potensialını artırmaq üçün 182 milyon funt ayırır

Böyük Britaniya hökuməti ölkənin müdafiə sahəsində kadr potensialını gücləndirmək üçün yeni təhsil təşəbbüsü elan edib.

NTV “Independent”ə istinadla xəbər verir ki, yeni müdafiə sənaye strategiyası çərçivəsində 182 milyon funt sterlinq dəyərində maliyyə paketi ayrılacaq. Bu təşəbbüs beş yeni texniki mükəmməllik kollecinin yaradılmasını, qısamüddətli ixtisas kurslarını və məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) proqramlarını əhatə edəcək. Müdafiə Nazirliyi bildirib ki, bu strategiya gənclər üçün yeni imkanlar yaradacaq, həmçinin veteranların da məşğulluğa inteqrasiyasına dəstək verəcək.

Qeyd edək ki, bu addım keçmiş NATO rəhbərliyinin Britaniyanın silahlı münaqişəyə hazır olmadığı barədə xəbərdarlıqlarından sonra atılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM