satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan XİN başçısı: Saxlanıldığım barədə yalan xəbər yayılanda işdə idim

Qazaxıstan XİN başçısı: Saxlanıldığım barədə yalan xəbər yayılanda işdə idim

Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu saxlanılması barədə yayılan saxta xəbərləri şərh edib.

NTV xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

"Bu yalandır, absurddur. Düşünürəm ki, şərh etməyə belə dəyməz, siz özünüz hər şeyi görürsünüz", - Nurtleu jurnalistlərə bildirib.

XİN başçısı qeyd edib ki, onun saxlanılması barədə saxta xəbərlərin yayıldığı müddətdə o, öz iş yerində olub.

"Mənim yanıma kim gəlib? Kim məndən soruşub? Mən işdə oturmuşdum. İclaslarım var idi. Digər ölkələrdən olan həmkarlarımla telefon danışıqları apardığım sizə məlumdur. İnvestorlarla iş görüşləri olub", - o bildirib.

M.Nurtleu, həmçinin yoxlanılmamış məlumatların yayılmasına görə məhkəməyə müraciət etmək niyyətində olmadığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM