satellite   Azerspace-1: 11135 H 30000

Monteneqronun nümayəndə heyəti ilə pensiya təminatı sahəsində müzakirələr aparılıb - FOTOLAR

Monteneqronun nümayəndə heyəti ilə pensiya təminatı sahəsində müzakirələr aparılıb<font color=red> - FOTOLAR</font> Monteneqronun nümayəndə heyəti ilə pensiya təminatı sahəsində müzakirələr aparılıb<font color=red> - FOTOLAR</font> Monteneqronun nümayəndə heyəti ilə pensiya təminatı sahəsində müzakirələr aparılıb<font color=red> - FOTOLAR</font>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Monteneqronun sosial rifah, ailə qayğısı və demoqrafiya nazirinin müavini Mersida Alyiceviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə  verilən məlumata görə, görüş nümayəndə heyətinin “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında pensiya təminatı sahəsində Saziş” layihəsi ilə bağlı müzakirələrin aparılması məqsədilə ölkəmizə səfəri çərçivəsində keçirilib.

Nazir müavini Rəşad Mustafayev Azərbaycan və Monteneqro arasındakı əlaqələrin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini, ikitərəfli əlaqələrin sosial sahəni də əhatə etdiyini bildirib.

Son illər ölkəmizdə pensiya sahəsində aparılan islahatlar barədə məlumat verilib, pensiya təyinatının elektronlaşdırılması diqqətə çatdırılıb.

Pensiya təminatı sahəsində Monteneqronun təcrübəsi öyrənilib, əməkdaşlığın gələcəkdə də uğurla davam etdirilməsi imkanları müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM