satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan Senatı Azərbaycandakı səfirin hesabatını dinləyib - FOTOLAR

Özbəkistan Senatı Azərbaycandakı səfirin hesabatını dinləyib<font color=red> - FOTOLAR</font> Özbəkistan Senatı Azərbaycandakı səfirin hesabatını dinləyib<font color=red> - FOTOLAR</font>

Daşkənddə Özbəkistan Senatının beynəlxalq münasibətlər, xarici iqtisadi əlaqələr, xarici investisiyalar və turizm məsələləri üzrə Komitəsinin genişləndirilmiş iclası keçirilib.

NTV Özbəkistan Senatına istinadən xəbər verir ki, iclasda Özbəkistanın Azərbaycandakı diplomatik missiyasının rəhbərinin hesabatına və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə xüsusi diqqət yetirilib.

Qeyd olunub ki, iclasda senatorlar, müvafiq nazirlik və qurumların rəhbərləri, müxtəlif ekspertlər və KİV nümayəndələri iştirak ediblər.

Senatorlar Özbəkistanın Azərbaycan, Rusiya və Belarusdakı diplomatik missiyalarının rəhbərlərinin hesabatlarını dinləyiblər. İkitərəfli münasibətlərin inkişafı, investisiyaların cəlb edilməsi, ixracın və turist axınının genişləndirilməsi və s. məsələlər müzakirə edilib.

Yeni xarici bazarların tapılması, xaricdə ticarət evləri və anbarların yaradılması, xarici ölkələrdə müvəqqəti yaşayan vətəndaşlara konsulluq və hüquqi yardımın göstərilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM