satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri İshaq Darla telefon danışığı zamanı regiondakı vəziyyəti müzakirə ediblər.

NTV Pakistan KİV-inə istinadən xəbər verir ki, tərəflər ikitərəfli maraq doğuran məsələlərin müzakirəsi ilə yanaşı, ŞƏT Sammiti (Çinin Tiencin şəhərində 31 avqust - 1 sentyabr tarixlərində keçirilib - müəl.) çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri Şahbaz Şərifin görüşünün nəticələrini nəzərdən keçiriblər.

Onlar həmçinin regionda və beynəlxalq müstəvidə son hadisələri dəyərləndirib və Pakistan ilə Azərbaycan arasında çoxşaxəli tərəfdaşlığın daha da dərinləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM