satellite   Azerspace-1: 11135 H 30000

Minskdə Azərbaycan və Belarus baş nazirləri görüşüb - FOTOLAR

Minskdə Azərbaycan və Belarus baş nazirləri görüşüb<font color=red> - FOTOLAR</font> Minskdə Azərbaycan və Belarus baş nazirləri görüşüb<font color=red> - FOTOLAR</font> Minskdə Azərbaycan və Belarus baş nazirləri görüşüb<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə belaruslu həmkarı Aleksandr Turçinlə görüşüb.

NTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Tərəflər dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib və iki ölkənin prezidentlərinin birgə səyləri nəticəsində qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını vurğulayıblar.

Onlar iqtisadi-ticari və investisiya qarşılıqlı fəaliyyəti, sənaye kooperasiyası, o cümlədən kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan və Belarus dövlət başçılarının tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib, əldə olunmuş razılaşmalar çərçivəsində hazırlanmış bir sıra layihələrin həyata keçirilməsinin gedişi yüksək qiymətləndirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM