satellite   Azerspace-1: 11135 H 30000

Oman-Azərbaycan İşgüzar Dəyirmi Masası keçirilib

Oman-Azərbaycan İşgüzar Dəyirmi Masası keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Omana səfəri çərçivəsində Oman-Azərbaycan İşgüzar Dəyirmi Masası keçirilib.

NTV  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Omana səfərimiz zamanı bu ölkənin ticarət, sənaye və investisiyaların təşviqi naziri Qais bin Məhəmməd Al Yousef və həmkarlarla birlikdə iştirak etdiyimiz Oman-Azərbaycan İşgüzar Dəyirmi Masasında iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması barədə fikirlərimizi bölüşdük. Birgə fəaliyyətin prioritetlərindən biri biznes əlaqələrini ortaq maraqlara xidmət edən, iqtisadiyyatlarımızı şaxələndirən və regional tərəfdaşlığı möhkəmləndirən perspektivli layihələrlə gücləndirməkdir.

Bu baxımdan, yüksək inkişaf və sərmayə potensiallı platformalarda birgə təmsilçiliyin, Azərbaycan-Oman İnvestisiyalar üzrə İşçi Qrupunun yaradılmasının, "yaşıl enerji" keçidini sürətləndirə bilən həllərin, "KOB Evləri" modeli üzrə təcrübə mübadiləsinin təşkilinin və rəqəmsal transformasiya sahəsində birgə təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğuladıq", - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM