satellite   Azerspace-1: 11135 H 30000

Türkmənistan 2026-cı ildə MDB-yə sədrlik edəcək

Türkmənistan 2026-cı ildə MDB-yə sədrlik edəcək

MDB orqanlarına sədrlik 2026-cı il yanvarın 1-dən Tacikistandan Türkmənistana keçəcək.

NTV  xarici mediaya istinadla xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən geniş tərkibdə iclasında məlumat verib.

“Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Birliyə sədrliyin gələn ilin yanvarından başlayaraq Türkmənistana keçməsi qərara alınıb”, -deyə Tacikistan Prezidenti bildirib.

Yenidən üç il müddətinə Birliyin Baş katibi seçilən Sergey Lebedev qeyd edib ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM