satellite   Azerspace-1: 11135 H 30000

NHK: Putin Rusiyanın ötən il Azərbaycan təyyarəsini vurmasını etiraf edib

NHK: Putin Rusiyanın ötən il Azərbaycan təyyarəsini vurmasını etiraf edib

Yaponiyanın nüfuzlu NHK televiziyası Rusiya Prezidenti Vladimir Putinin ötən il “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin atəşə məruz qalmasına Rusiyanın məsuliyyət daşıdığını etiraf etməsi barədə süjet yayımlayıb.

NTV xəbər verir ki, süjetdə Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Vladimir Putinin qəzanın faciə olduğunu və buna səbəb Rusiyanın hava hücumundan müdafiə sistemindəki texniki nasazlıqların olduğunu bildirdiyi vurğulanıb.

Qeyd olunub ki, Rusiyanın cənubuna uçan təyyarənin Qazaxıstanın qərbində qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.

NHK bildirir ki, Putinin şərhləri Azərbaycanla əlaqələri bərpa etmək cəhdi olduğu güman edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM