satellite   Azerspace-1: 11135 H 30000

Fransa mətbuatı Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşə diqqət ayırıb - FOTOLAR

Fransa mətbuatı Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşə diqqət ayırıb<font color=red> - FOTOLAR</font> Fransa mətbuatı Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşə diqqət ayırıb<font color=red> - FOTOLAR</font> Fransa mətbuatı Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşə diqqət ayırıb<font color=red> - FOTOLAR</font> Fransa mətbuatı Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşə diqqət ayırıb<font color=red> - FOTOLAR</font>

Fransanın nüfuzlu media orqanları Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasına görə Rusiya hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşımasını ilk dəfə etiraf etməsindən yazıb.

NTV xəbər verir ki, Fransanın milli və regional yazılı mətbuat orqanları, eləcə də televiziya kanalları və radiosu vasitəsilə yayılan xəbərlərdə Rusiya Prezidentinin həlak olanların ailələrinə kompensasiya ödəniləcəyinə dair zəmanət verdiyi xüsusi vurğulanıb. Həmçinin Vladimir Putinin iş üzrə istintaqın başa çatmaq üzrə olduğunu, məsələ ilə bağlı bütün zəruri addımların atılacağını və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirdiyi qeyd olunub.

Xəbərlərdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasına görə Rusiya hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşımasını ilk dəfə etiraf etməsi xüsusi vurğulanıb. Həmçinin ötən ilin sonunda baş vermiş hadisə bir daha diqqətə çatdırılıb, sərnişin təyyarəsinin vurulmasına görə 38 nəfərin həlak olduğu, 29 nəfərin xəsarət aldığı qeyd edilib. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya tərəfindən rəsmi etiraf tələb etdiyi və beynəlxalq məhkəməyə müraciət olunacağını bildirdiyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM