satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin sədri: Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birini dəstəkləyib

Milli Məclisin sədri: Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birini dəstəkləyib

Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin əməkdaşlığı ortaq tarix, mədəniyyət, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslanır. Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olub və bir-birini dəstəkləyiblər.

NTV  xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimindəki çıxışı zamanı səsləndirib.

Parlamentin sədri deyib ki, xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi heç bir zaman unutmayacaq. Onun sözlərinə görə, həmçinin Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM