satellite   Azerspace-1: 11135 H 30000

Pakistanın Pəncab əyalətinin Baş naziri ilə görüşdə üçtərəfli formatda əməkdaşlığın perspektivləri müzakirə edilib - FOTOLAR

Pakistanın Pəncab əyalətinin Baş naziri ilə görüşdə üçtərəfli formatda əməkdaşlığın perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Pakistanın Pəncab əyalətinin Baş naziri ilə görüşdə üçtərəfli formatda əməkdaşlığın perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Pakistanın Pəncab əyalətinin Baş naziri ilə görüşdə üçtərəfli formatda əməkdaşlığın perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Pakistanın Pəncab əyalətinin Baş naziri ilə görüşdə üçtərəfli formatda əməkdaşlığın perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Pakistanın Pəncab əyalətinin Baş naziri ilə görüşdə üçtərəfli formatda əməkdaşlığın perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font>

Oktyabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Lahor şəhərində Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələr və parlament əməkdaşlığının genişləndirilməsi müzakirə olunub. Qeyd edilib ki, xalqlarımızın mədəni, dini və mənəvi yaxınlığı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil edir. Vurğulanıb ki, dövlət başçıları arasında sıx siyasi təmaslar, dostluq münasibətləri bütün sahələrdə əlaqələrin inkişafına böyük təsir göstərir, xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.

Söhbət zamanı Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşünün və orada müzakirə olunan məsələlərin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, parlament sədrlərinin bu üçtərəfli əməkdaşlıq mexanizmi, keçirilən görüşlər, qarşılıqlı səfərlər, o cümlədən nüfuzlu beynəlxalq parlament təşkilatlarında deputatlarımızın birgə fəaliyyəti, prinsipial məsələlərdə ortaq mövqe sərgiləməyi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlament müstəvisində də gücləndirilməsinə xidmət edir.

Görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığımızın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM