satellite   Azerspace-1: 11135 H 30000

Ersin Tatar ŞKTC, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə görüşüb - FOTOLAR

Ersin Tatar ŞKTC, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə görüşüb<font color=red> - FOTOLAR</font> Ersin Tatar ŞKTC, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Oktyabrın 14-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ŞKTC, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə görüşüb.

NTV  xəbər verir ki, Lefkoşadakı Prezident Kompleksində keçirilən görüşdə Azərbaycan tərəfindən Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və Milli Məclisin bir neçə deputatı iştirak edib.

Görüş iştirakçıları qarşısında çıxış edən Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə bu yaxınlarda keçirilmiş Zirvə Görüşünün nəticələrini yüksək qiymətləndirib. O, həmçinin Zirvə Görüşünə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

O qeyd edib ki, prezident olduğu ilk gündən türk ölkələri ilə sıx dialoqa can atıb.

E.Tatar bütün beynəlxalq platformalarda ŞKTC-nin ədalətli mövqeyini fəal şəkildə dəstəkləyən Türkiyənin siyasətini də yüksək qiymətləndirib.

Öz növbəsində Ə.Əmiraslanov Azərbaycan ilə ŞKTC arasında dostluq əlaqələrinin hərtərəfli inkişaf etdiyini qeyd edərək, oktyabrın 19-na təyin edilmiş ŞKTC-də prezident seçkilərinin uğurla keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şimali Kipr ilə digər ölkələr tərəfindən də parlamentlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM