satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın Baş naziri və Əbu-Dabi Limanlar Qrupunun Regional İcraçı direktoru Orta dəhlizi müzakirə edib

Gürcüstanın Baş naziri və Əbu-Dabi Limanlar Qrupunun Regional İcraçı direktoru Orta dəhlizi müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabi Limanlar Qrupunun Regional İcraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsi ilə görüşüb.

NTV xəbər verir ki, görüşdə Orta Dəhliz nəqliyyat və logistika marşrutunun əhəmiyyəti müzakirə olunub.

Tərəflər strateji logistika və nəqliyyat layihələri də daxil olmaqla, əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını bildiriblər.

Ötən il fəaliyyətə başlayan, Orta Dəhliz vasitəsilə Gürcüstan, Türkiyə, Azərbaycan, Ermənistan və Qazaxıstandakı həm dəniz, həm də quru limanları şəbəkəsindən istifadə edərək Qərbi Asiyanın istehsal mərkəzlərini Şərqi Avropanın istehlak bazarları ilə birləşdirən Tbilisi Quru Limanı uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM