satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə və Azərbaycan arxeoloqları əməkdaşlıq memorandumu imzalayıb

Türkiyə və Azərbaycan arxeoloqları əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevlə Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun sədri Şaban Doğan arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə NTV-yə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Şaban Doğan bildirib ki, artıq bu il Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Monqolustanda birgə arxeoloji tədqiqatların aparılması planlaşdırılır.

Daha sonra F.Quliyev və Ş.Doğan Azərbaycan ərazisində abidələr və arxeoloji tədqiqatlar mövzusuna toxunublar. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində işğalçılar tərəfindən türk-islam dövrü arxeoloji abidələrinin dağıdılması, Qafqaz Albaniyasının xristian abidələrinin mədəni mənsubiyyətinə qarşı saxtalaşdırmalar və bu abidələrdə hər iki elmi-tədqiqat müəssisələri tərəfindən planlaşdırılan arxeoloji tədqiqatlar barədə fikirləri bölüşüblər.

Görüşün sonunda AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun sədri Şaban Doğan rəhbəri olduqları elmi-tədqiqat müəssisələrinin qarşılıqlı əməkdaşlığı haqqında memorandumu imzalayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM