satellite   Azerspace-1: 11135 H 30000

Cevdet Yılmaz ABŞ səfiri ilə İran və Suriyadakı son prosesləri müzakirə edib

Cevdet Yılmaz ABŞ səfiri ilə İran və Suriyadakı son prosesləri müzakirə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ABŞ-nin Ankaradakı səfiri Tom Barrak ilə Prezident Külliyəsində İran və Suriyadakı son prosesləri müzakirə edib.

NTV xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti "X"də yazıb.

O qeyd edib ki, keçirilən görüşdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və əməkdaşlığın konkret sahələrdə dərinləşdirilməsi məsələlərinə də toxunulub.

"Görüşdə iqtisadi və ticarət əlaqələrimizin inkişafı, müdafiə sənayesi və xüsusilə, CAATSA sanksiyaları başda olmaqla gündəmdə olan mövzuları ətraflı şəkildə nəzərdən keçirdik. Bununla yanaşı, İran və Suriyadakı son proseslər, eləcə də Qəzza sülh planının ikinci mərhələsi çərçivəsində regional və qlobal məsələlərə dair fikir mübadiləsi apardıq. Səmərəli töhfələrinə və ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi iradəyə görə Tom Barraka təşəkkürümü bildirirəm", - C.Yılmaz yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM