satellite   Azerspace-1: 11135 H 30000

Britaniyalı diplomat Rusiyadan çıxarılır

Britaniyalı diplomat Rusiyadan çıxarılır

Rusiyanın Xarici İşlər Nazirliyi Böyük Britaniya diplomatının ölkəni tərk etməsi barədə qərar verildiyini açıqlayıb.

NTV BBC-yə istinadla xəbər verir ki, rəsmi Moskva diplomatı səfirlikdə gizli kəşfiyyat fəaliyyəti aparmaqda ittiham edir.

Nazirliyin yaydığı məlumata görə, adı açıqlanmayan şəxsin akkreditasiyası ləğv olunub və ona iki həftə ərzində Rusiyanı tərk etmək tapşırılıb. Bildirilib ki, məsələ ilə bağlı Böyük Britaniyanın Moskvadakı işlər üzrə müvəqqəti vəkili Deyni Dolakiya Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya tərəfi ölkə ərazisində bəyan edilməmiş Britaniya kəşfiyyat əməkdaşlarının fəaliyyətinə dözməyəcəyini vurğulayıb və rəsmi Londonun vəziyyəti gərginləşdirməsi halında əlavə addımların atılacağı barədə xəbərdarlıq edib. Britaniya hökuməti ittihamlara hələlik münasibət bildirməyib.

Qeyd edək ki, son illər Rusiya və Böyük Britaniya arasında diplomatik münasibətlər xeyli pisləşib. Ötən ilin martında Rusiya iki britaniyalı diplomatı casusluq ittihamı ilə ölkədən qovub, Britaniya Xarici İşlər Nazirliyi isə bu iddiaları əsassız adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM