satellite   Azerspace-1: 11135 H 30000

Tramp Tokayevi və Qazaxıstanı Sülh Şurasına dəvət edib

Tramp Tokayevi və Qazaxıstanı Sülh Şurasına dəvət edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Donald Trampdan yaradılacaq Qəzza üzrə Sülh Şurasının tərkibinə daxil olmaq üçün rəsmi dəvət alıb, Qazaxıstana isə təsisçi dövlətlərdən biri olmaq təklif olunub.

NTV Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

"Prezident Kasım-Jomart Tokayev dünya liderlərinin arasında ilk olaraq Sülh Şurasının tərkibinə daxil olmaq, Qazaxıstana isə təsisçi dövlətlərdən biri olmaq üçün rəsmi dəvət alıb. Cavab olaraq dövlət başçısı ABŞ Prezidentinin ünvanına məktub göndərərək səmimi minnətdarlığını ifadə edib və bu yeni birliyə daxil olmaq razılığını təsdiqləyib. Prezident Qazaxıstanın Yaxın Şərqdə möhkəm sülhün əldə edilməsinə, dövlətlərarası etimadın möhkəmləndirilməsinə və qlobal sabitliyə öz töhfəsini verməyə çalışdığını təsdiqləyib", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Qəzza üzrə Sülh Şurası yaradır. Bir sıra dövlətlərin rəhbərlərinə təsisçi ölkə qismində iştirak etmək üçün dəvətlər göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM