satellite   Azerspace-1: 11135 H 30000

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək

Bu ilin aprelində İstanbulda Beynəlxalq Parlamentlərarası İttifaqın 152-ci plenar sessiyası sessiyası keçiriləcək. Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) da bu tədbirə ciddi hazırlıq aparır.

Bu barədə TÜRKPA-nın Baş katibi Ramil Həsən NTV-nin sorğusuna cavabında bildirib.

Tədbirin əhəmiyyəti barədə danışan Baş katib qeyd edib ki, məhz sessiya çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının Beynəlxalq Katibliyinin təşəbbüsü ilə TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçirəcək. Bu görüşə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ev sahibliyi edəcək.

“Şübhəsiz ki, bu çox vacib bir prosesdir və biz ona ciddi hazırlaşırıq. Çünki burada müzakirə olunacaq məsələlər daha sonra Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək plenar sessiyada həll olunmaq üçün istiqamətləndiriləcək. Eyni zamanda, Türk Dövlətləri Parlament Assambleyası artıq 15 ilə yaxındır ki, Parlamentlərarası İttifaqın müşahidəçi statusu çərçivəsində aktiv iştirak edir. Biz bu platformadan istifadə etməklə bir çox beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəyik. 152-ci sessiyada isə Baş katib kimi mənim də çıxışım nəzərdə tutulub”, - Ramil Həsən əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM