Enerji infrastrukturunun hədəf alınması qlobal enerji təhlükəsizliyinə, region xalqlarına və ətraf mühitə təhdiddir.
NTV “əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bunu Qətər XİN sözçüsü Macid əl-Ənsari deyib.
Sözçü bildirib ki, Qətərdəki Şimal qaz yatağının (geoloji) davamı sayılan İranın “Pars” qaz yatağının və oradakı qurğuların İsrail tərəfindən hədəf alması təhlükəli addımdır.
“Strateji əhəmiyyətli obyektlərin hədəf alınmamasının zəruriliyini vurğulayırıq, soyuqqanlı davranışa və gərginliyin azaldılması üçün fəaliyyətə çağırırıq”, - deyə XİN sözçüsü bildirib.
