satellite   Azerspace-1: 11135 H 30000

İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır

İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır

İran üçün İraqla münasibətlərin genişləndirilməsi hər zaman prioritet olacaq.

NTV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"Biz xarici işlər nazirinin müşayiəti ilə Bağdada gəldik və qələbə liderlərini salamladıqdan sonra iraqlı qardaşlarla, o cümlədən respublika Prezidenti, Baş nazir və xarici işlər naziri ilə görüşlər keçirəcəyik", -  o bildirib.

Qeyd edək ki, İran ilə İraq XİN rəhbərləri Abbas Əraqçi və Fuad Hüseyn görüşüb. Müzakirə mövzuları hələ açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM