İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi bu həftə Azərbaycana səfərə gəlir.
NTV xəbər verir ki, o, səfər çərçivəsində iyulun 8-də azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.
Xatırladaq ki, Ceyhun Bayramov və Əymən Əs-Səfadi arasında görüş bu ilin aprelində Antalya Diplomatiya Forumunda çərçivəsində baş tutub.
