satellite   Azerspace-1: 11135 H 30000

Tramp Azərbaycan Prezidentinin ABŞ ilə münasibətlər barədə qiymətləndirməsinin yer aldığı məqaləni paylaşıb

Tramp Azərbaycan Prezidentinin ABŞ ilə münasibətlər barədə qiymətləndirməsinin yer aldığı məqaləni paylaşıb

ABŞ Prezidenti Donald Tramp "Breitbart" saytında dərc olunan və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-ABŞ münasibətləri haqqında sözlərinin yer aldığı Coşua Klaynın məqaləsini paylaşıb.

NTV xəbər verir ki, Klayn IV Şuşa Qlobal Media Forumunda iştirak edib və Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan-ABŞ münasibətləri, eləcə də Bakı ilə İrəvan arasındakı sülh prosesi barədə sual verib.

Məqalədə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanmasında Ağ Ev administrasiyasının xüsusi töhfəsini vurğulayan sözləri sitat gətirilir.

Eyni zamanda, məqalədə Azərbaycan Prezidentinin Ağ Evin əvvəlki administrasiyalarına dair apardığı müqayisəli təhlil də yer alır, həmin dövrdə ABŞ-nin əvvəlki prezidentləri Cənubi Qafqazdakı vəziyyəti həll etmək əvəzinə, yalnız münaqişəni dondurmağa çalışırdılar.

"Azərbaycan Prezidenti bəyan edib ki, əvvəlki administrasiyalar demək olar ki, üç onillik ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək etməkdənsə, onu faktiki olaraq donduran siyasət yürüdüblər, Tramp isə bu məsələyə tamamilə fərqli yanaşıb", - C.Klayn qeyd edib.

Müəllif vurğulayıb ki, Azərbaycan Prezidenti forumda Donald Trampı "sülhsevər" və "sülhdə imkanlar görən insan" adlandırıb: "İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişi üzrə danışıqların yekun mərhələsində Trampın rolu həlledici olub. İlham Əliyevin sözlərinə görə, Tramp və onun komandası Azərbaycanın narahatlığını başa düşürdülər, Ermənistanı sülhün hər iki ölkənin maraqlarına cavab verdiyinə inandırmağa çalışırdılar və yekunda "sülhün mümkün olduğu şəraiti yaratdılar".

Müəllif qeyd edib ki, İlham Əliyev, həmçinin Trampın dövründə Bakı ilə Vaşinqton arasında münasibətlərin möhkəmlənməsi prosesini "heyrətamiz və inanılmaz" adlandırıb: "Xüsusilə də, tərəflər iki ölkənin əməkdaşlığında yeni səhifə açan Strateji tərəfdaşlıq haqqında Xartiya imzalayıblar".

C.Klayn, həmçinin Prezident İlham Əliyevin bu gün Azərbaycan və ABŞ arasındakı münasibətlərin misligörünməmiş səviyyədə olması barədə sözlərini də sitat gətirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM