satellite   Azerspace-1: 11135 H 30000

Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

NTV xəbər verir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat yayılıb.

"Sentyabrın 2-də Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke ölkə hakimiyyətinin dünənki anti-Rusiya bəyanatları fonunda Rusiya XİN-ə çağırılıb", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Almaniya avqustun 4-də Leypsiq/Halle hava limanında baş vermiş dron insidentindən sonra Rusiyaya qarşı bir sıra tədbirlər görüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM