satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə təhsilini bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib

Türkiyədə təhsilini bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsillərini uğurla başa vurublar.

Bu barədə NTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yalova vilayətində keçirilən mərasimdə Türkiyə Hərbi Dəniz Donanmasının rəhbər heyəti, rəsmi qonaqlar, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.

Hərbi qulluqçularımız ölkələrimiz arasında hərbi təhsil sahəsində mövcud müqaviləyə əsasən Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsil alırlar. Təhsil ocağı 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında mühüm rol oynayır.

Tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edərək miçman rütbələri almış 5 hərbi qulluqçumuzu təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM