satellite   Azerspace-1: 11135 H 30000

"Toğanalı" KSES-də istehsal olunan enerjinin həcmi məlum olub

"Toğanalı" KSES-də istehsal olunan enerjinin həcmi məlum olub

İstismara verildiyi tarixdən bu ilin avqust ayınadək Göygöl rayonunda Kürəkçay çayı üzərində yerləşən "Toğanalı" Kiçik Su Elektrik Stansiyasında (KSES) 27,2 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

Bu barədə NTV-yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, su elektrik stansiyalarının fəaliyyəti "yaşıl enerji"nin inkişafına töhfə verməklə yanaşı, istixana effekti yaradan qazların emissiyasını azaltmağa və ətraf mühitin qorunmasına xidmət edir.

Qeyd edək ki, "Toğanalı" KSES 2 il öncə - 2024-cü il sentyabrın 2-də istismara verilib. Stansiyanın ümumi gücü 4,1 MVt təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM