satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Türkiyə qarşılıqlı investisiya imkanlarının təşviqini müzakirə edib

Azərbaycan və Türkiyə qarşılıqlı investisiya imkanlarının təşviqini müzakirə edib

Azərbaycan və Türkiyə arasında işgüzar əlaqələrin inkişafı, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının təşviqi məsələləri müzakirə olunub.

Bu barədə NTV-yə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, bu barədə müzakirələr AZPROMO və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə–Azərbaycan Biznes Şurasının İcraiyyə Komitəsinin nümayəndə heyəti arasında keçirilib.

Görüş zamanı Türkiyə-Azərbaycan Biznes Şurasının fəaliyyətinin daha sistemli əsaslarla qurulması, yeni əməkdaşlıq formatının yaradılması və Biznes Şurasının 35 illiyi ilə bağlı tədbirin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa, Azərbaycan–Türkiyə Hökumətlərarası Birgə İqtisadi Komissiyasının Fəaliyyət Planı üzrə görüləcək işlər, Naxçıvanla ticarət əlaqələrinin gücləndirilməsi, Türkiyədə Azərbaycanın investisiya imkanlarının təşviqi məqsədilə "road-show"ların təşkili və birgə biznes tədbirlərinin keçirilməsi imkanları müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM