satellite   Azerspace-1: 11135 H 30000

“Airthings Masters”: Teymur Rəcəbov finala vəsiqə qazanıb

“Airthings Masters”: Teymur Rəcəbov finala vəsiqə qazanıb

“Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubov üzərində 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb.

Qeyd edək ki, şahmatçımız Rusiya təmsilçisini ilk qarşılaşmada 3:1 hesabla məğlub etmişdi.

Xatırladaq ki, T.Rəcəbov dörddəbir final çərçivəsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə əldə etmişdi.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM