satellite   Azerspace-1: 11135 H 30000

Teymur Rəcəbov “Airthings Masters” turnirində qalib adı uğrunda mübarizə aparacaq

Teymur Rəcəbov “Airthings Masters” turnirində qalib adı uğrunda mübarizə aparacaq

Bu gün “Champions Chess Tour” çərçivəsində onlayn “Airthings Masters” turnirinin final oyunlarına start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov həlledici mərhələdə ermənistanlı Levon Aronyanla mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız yarımfinalın iki matçında rusiyalı Daniil Dubovu 5:1 hesabla məğlub edərək finala yüksəlib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır ki, onun da 60 mini qalibə çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM