satellite   Azerspace-1: 11135 H 30000

Mülki Prosessual Məcəlləyə dəyişikliklər I oxunuşda qəbul edilib

Mülki Prosessual Məcəlləyə dəyişikliklər I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbərinə görə, dəyişiklik layihəsi Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası istiqamətindəki tədbirlər çərçivəsində hazırlanıb.

Dəyişikliklə Məcəlləyə yeni - 192.3-cü maddə əlavə edilir. Yeni maddəyə əsasən, uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılacaq. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Həmin şəxslər məhkəməyə sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM