satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yaşayan Türkiyə vətəndaşları səsvermədə iştirak edir - VİDEO

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının ölkədə keçirilən prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda yaşayan Türkiyə vətəndaşları üçün də səsvermə prosesinə başlanılıb.

Azərbaycan Respublikası üzrə 11 min, Naxçıvan üzrə isə 1350 nəfər seçici qeydə alınıb. Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda qardaş ölkə vətəndaşlarının səsvermədə fəal iştirakı üçün hər cür şərait yaradılıb.

Bu gün səhər saat 9-da Baş konsulluqda yaradılan səsvermə məntəqəsində prosesə start verilib. Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya səsvermədə iştirak edib.

Qeyd edək ki, səsvermə bazar günü saat 21:00-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM