satellite   Azerspace-1: 11135 H 30000

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası-a verilən məlumata görə, onlardan 2159-u təkərli oturacaq, 399-u aşağı və yuxarı ətraf protezi, 507-si qoltuqaltı və dirsəkaltı ağac, 423-ü eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 560 cüt protez ayaqqabı, 927 cüt ortopedik ayaqqabı, 13 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 2 ayı ərzində ümumilikdə 3,1 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM