satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb edilib - FOTOLAR

Naxçıvanda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb edilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan İbrahimli Məmmədəli, Ağazadə Sedat, Allahverdi Tural, Hüseynli Elnur, Məmmədov Cəmşid, Musayev Xaliq, Məmmədov Həsənalı saxlanılıb və onlardan 35000 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci(istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağaın olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün səlahiyyətli orqana-məhkəmələrə göndərilib. 

Həmin şəxslərin pirotexniki vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir .

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM