satellite   Azerspace-1: 11135 H 30000

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

Yaşı 65-dən yuxarı olan insanlar Altsheymer xəstəliyini tezləşdirməməkdən ötrü alkoqoldan imtina etməlidirlər.

Naxçıvan televiziyası xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə görə, alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır. Spirtdən tam imtina demensiyanın başlanması müddətini ləngitməyə kömək edə bilər. Bu, onunla bağlıdır ki, spirt beynin sinir hüceyrələrini birbaşa zədələyir. Bununla yanaşı, beyindəki ağ maddənin həcmi azalır və nəticədə orqanın normal fəaliyyəti pozulur.

Demensiyanın profilaktikasının digər mühüm aspektlərinə stressi idarə, düzgün qidalanma, siqaretdən imtina, müntəzəm fiziki və əqli hərəkətlər, eləcə də arterial təzyiqə, qanda xolesterinin səviyyəsinə və çəkiyə nəzarət aiddir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM