satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yaşayan ailələrin sayı artıb

Naxçıvanda yaşayan ailələrin sayı artıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 99 min 695 ailə yaşayır ki, bu da ötən illə müqayisədə 643 ailə çoxdur.

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında aztəminatlı ailələrə xüsusi qayğı ilə yanaşılması və ailələrə dəstək dövlətin diqqət mərkəzindədir. Ötən dövrdə muxtar respublikada müharibə veteranlarına, şəhid və qazi ailələrinə, eləcə də hərbi qulluqçuların və fəaliyyət göstərdiyi sahədə uğurları ilə seçilən şəxslərin ailələrinə mənzillər verilib. Belə ki, muxtar respublikada mövcud olan 488 şəhid ailəsindən 81-i, 514 qazi ailəsindən isə 245-i mənzillə təmin olunub. Həmçinin özünüməşğulluq proqramı çərçivəsində 1 398 ailə özünüməşğulluğa cəlb edlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM