Yanvar-may aylarında sosial sahə üzrə 167 mindən çox e-arayış verilib

Yanvar-may aylarında sosial sahə üzrə 167 mindən çox e-arayış verilib

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 167,5 min elektron arayış verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində 30-dan çox e-arayış xidməti istifadəyə verilib.

Həmin e-xidmətlər vətəndaşlara iş yerinə və əlilliyə dair, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin olunma, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etməyə imkan yaradır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM