Naxçıvanda qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır - FOTOLAR

Naxçıvanda qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır<font color=red> - FOTOLAR</font> Naxçıvanda qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir neçə avtomobil yollarında fəsadlara səbəb olub.

İntensiv yağıntılar nəticəsində avtomobil yollarında sel sularının yolları yuması, özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub. 

Hal-hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM