satellite   Azerspace-1: 11135 H 30000

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayan “Könüllü DOST” proqramına bu ilin 5 ayı ərzində 10548 müraciət olub, 530 nəfər proqrama cəlb edilib. Müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası-a verilən məlumata görə, ümumilikdə “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir.

Proqramın iştirakçıları DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və digər işlərdə kömək göstərirlər.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən “Könüllü DOST” proqramı ötən dövrdə Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatlarına layiq görülüb, “Global HR Summit 2023” beynəlxalq müsabiqəsinin qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM