satellite   Azerspace-1: 11135 H 30000

Aşağı Əylisdə ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb - FOTOLAR

Aşağı Əylisdə ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında 1 nəfərin ölümü, 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Qeyd edək ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Vidadi oğlu Hüseynəliyev həyatını itirib, 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM