Komitənin kollektivi şəhid ailəsində olub - FOTOLAR

Komitənin kollektivi şəhid ailəsində olub<font color=red> - FOTOLAR</font> Komitənin kollektivi şəhid ailəsində olub<font color=red> - FOTOLAR</font> Komitənin kollektivi şəhid ailəsində olub<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Vətən müharibəsi şəhidi leytenant Ramil Əliyevin ailəsini ziyarət edib.

Ziyarət zamanı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla və qayğı ilə yanaşdığını qeyd edib. 

Vətən müharibəsi şəhidi leytenant Ramil Əliyevin ailə üzvləri-atası Qurban Əliyev, anası Gülnarə Əliyeva, qardaşı Röyal Əliyev şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan və şücaətindən danışıblar.

Xatırladaq ki, leytenant Ramil Əliyev Vətən müharibəsi zamanı 27 sentyabr 2020-ci il tarixdə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub və anadan olduğu Babək rayonunun Güznüt kəndində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.

Xəbər lenti
Şuşa fədaisi…

11:41 02.07.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM